Neft qiymətlərində bahalaşma proqnozları

13 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin yenidən bahalaşa biləcəyi üçün əsaslar artıb.

Neft qiymətlərində bahalaşma proqnozları

Beynəlxalq enerji bazarlarında son günlər aktiv gündəmin şahidi oluruq. Ötən həftə həm Səudiyyə Ərəbistanı kral oğlunun energetika naziri təyin olunması, həm də "Baker Hudges" şirkətinin açıqladığı qazma neft quyuları sayının 2017-ci ilin oktyabr ayındab buyana ən az göstəricilərlə açıqlanması, neft qiymətlərində bahalaşmaya səbəb olmuşdu. 

Lakin cari həftə ərzində "OPEC+" toplantısında İraq və Nigeriyanın gündəlik 300 min barel neft ixracını artırmaları ilə bağlı xəbərlərin açıqlanması, neft qiymətlərində yenidən ucuzlaşmaya səbəb olsa da yenidən bahalaşa biləcəyi proqnozları gündəmdədir. 

Belə ki, Avropa Mərkəzi Bankı sədri M. Draqinin milli hökümətləri fiskal siyasətləri ilə iqtisadiyyata dəstək vermələrinə çağırması, enerji bazarlarında neft qiymətlərinin bahalaşmasına da səbəb ola bilər.