Neft qiymətlərində eniş davam edir

27 Fevral 2019

Beynəlxalq enerji birjalarında ABŞ prezidentinin neft ilə bağlı fikirləri qiymətlərin ucuzlaşmasına səbəb olub.

Neft qiymətlərində eniş davam edir

ABŞ prezidenti Donald Trampın “twitter” səhifəsində paylaşımından sonra neft qiymətlərində enişin davam etdiyinin şahidi oluruq.


Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 19.30-da ABŞ-da açıqlanacaq xam neft ehtiyatlarında dəyişiklik ilə bağlı olan xəbər bazar iştirakçılarının diqqət mərkəzindədir.


Enerji İnformasiya Agentliyinin verdiyi proqnozlara əsasən, bu həftə xam neft ehtiyatlarında 2,842M barel artım müşahidə olunacaq.


Nəticələrin gözləntilərdən daha yüksək (artım ilə) açıqlanması neftin qiymətlərinə neqativ, daha aşağı (azalma ilə) açıqlanması isə neft qiymətlərinə pozitiv təsir edir.