Neft qiymətlərində eniş ehtimalları

23 Sentyabr 2019

İrandan açıqlanan məlumatlardan sonra neft qiymətlərində eniş ehtimalları

Neft qiymətlərində eniş ehtimalları

İran hakimiyyəti ingilis tankeri "Stena Impero"nun sərbəst buraxılmasına qərar verdi. İyul ayının sonunda Cəbəli-Tariqda bir İran tankerinin tutulmasına cavab olaraq ingilis tankeri İran tərəfindən saxlanılmışdı. İran gəmisi avqustun ortalarında sərbəst buraxıldı və iranlılar müəyyən qədər fasilə verərək, riskləri azaltmaq üçün bir siqnal kimi qəbul edilən cavab tədbiri gördülər. Bu açıqlamalardan sonra neft qiymətləri 64 dollar ətrafında ticarət edilir.


Qiymətlər 63.48 dollar hədəfini aşağı istiqamətdə qıra bilsə, eniş 61.93-60.93 dollara kimi davam edə bilər.

Bununla yanaşı, bazar iştirakçıları İranın ABŞ ilə münasibətlərində heç bir irəliləyiş olmadığını nəzərə alıb, gərginliyin əhəmiyyətli dərəcədə yüngülləşməsinə inanmamalıdırlar: Amerikalılar ötən həftə Yaxın Şərqdəki müttəfiqlərini qorumaq üçün qoşun göndərməyi planlaşdırdıqlarını ilk cavab olaraq bildirdilər. Bu fonda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədə hərbi qarşıdurma olacağını istisna etmədi: “Əmin deyiləm. Müharibədən qaça bilərik ".