Neft qiymətlərində korreksiya

04 Mart 2019

Beynəlxalq əmtəə birjalarında ucuzlaşan aktivlər arasında neftin qiyməti də treyderlərin diqqət mərkəzindədir.

Neft qiymətlərində korreksiya

Beynəlxalq əmtəə birjalarında foreks bazarlarında dolların bahalaşması, neftin qiymətlərində də öz təsirini göstərə bilər. 


Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiymətində son bir həftə ərzində müşahidə edilən korreksiya 63.71$-a kimi də davam edə bilər. 


Maliyyə bazarlarında daha uzun müddətli perspektivdə korreksiyanın 61.00$-a kimi dərinləşə biləcəyi proqnozlarını müdafə edən analitiklər də az deyil. 


Bununla yanaşı, dolların foreks bazarlarındaki qiymətlərini də diqqət mərkəzində saxlamaq lazımdır.