Neft qiymətlərində növbəti artım dalğası

09 Yanvar 2018

Beynəlxalq maliyyə bazarlarında neft və dolların qiymətlərində bahalaşma investorların diqqət mərkəzində.

Neft qiymətlərində növbəti artım dalğası

EUR: Eniş dalğası 1.1886$-a kimi güclənə bilər. 

Dünya valyuta birjalarında avronun qiyməti cari həftəyə 0.8%-lik ucuzlaşma ilə başlayıb. Hal-hazırda 1.1970$ ətrafında ticarət edilən EUR/USD məzənnəsi 1.1956 - 1.1926$ arası dəhlizi qırmağa çalışacaqdır. Bu baş verərsə, eniş dalğası 1.1886/78$-a kimi sürətlənə bilər.


USD/TRY 3.80TL-ə kimi bahalaşa bilər. 

Türkiyədə isə USD/TRY məzənnəsi 3.74TL-nin üzərində ticarət edilir. Qiymət 3.76TL-ə kimi bahalaşarsa və üzərində möhkəmlənərsə, 3.80TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.


Neft qiymətlərində növbəti artım dalğası. 

Enerji bazarlarında neft qiymətlərində artım dalğası yenidən güclənib. Belə ki, 68.01$-a kimi dəyər qazanan Avropanın Brent neftinin bir barel qiyməti 68.60$-a kimi də dəyər qazanmaqla, üzərində möhkəmlənərsə, artım dinamikası 70.06$-a kimi də güclənə bilər.