Neft qiymətlərində növbəti bahalaşma dalğası

12 Sentyabr 2018

ABŞ sahillərində müşahidə edilən qasırğa təhlükəsi və beynəlxalq siyasi risklərin artması, beynəlxalq birjalarda neftə tələbin də yüksəlməsinə təsir edir.

Neft qiymətlərində növbəti bahalaşma dalğası

Dünya birjalarında Amerika sahillərində son günlər hökm sürən qasırğa təhlükəsi, neft qiymətlərinin bahalaşmasına səbəb olub. Təhlükə siqnalı özü ilə neft mədənlərinin işlərini dayandırmalarına səbəb olur və beləliklə, neftə olan tələb artır. Dünyanın digər regionlarında siyasi risklərin artması da neft qiymətlərinin bahalaşmasını gücləndirir.


Neft qiymətləri ilə yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərində də bahalaşma müşahidə edilir. Belə ki, EUR/USD məzənnəsi 1.16$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.15$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Avropanın Brent markalı neftinin bir barel qiyməti isə 79$-ın üzərində təklif edilir və üzərindəq qaldıqca, 81$-a kimi dəyər qazana bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da Amerikanın neft ehtiyatları ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.