Neft qiymətlərində son durum

20 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında regionda siyasi risklərin aktuallığı, qiymətlərdə volatillik yenidən güclənə bilər.

Neft qiymətlərində son durum

Enerji bazarlarında vəziyyət bir qədər qarışıqdır. Hazırda 1 barrel neft 64,70 dollar olaraq təklif edilir. Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin bahalaşmasına əsas təsir edən amil olaraq dəyərləndirilir. Lakin Səudiyyə Ərəbistan höküməti tərəfindən stabilləşdirməyə dair işlərin görülməsi, neft qiymətlərindəki volatilliyin yenidən azalması ilə nəticələndi. 

Bununla yanaşı, regionda siyasi risklər öz aktuallığını qorumaqdadır və volatillik yenidən güclənə bilər.  Bu gün axşam "Baker Hudges" şirkəti tərəfindən qazma neft quyularının sayı ilə bağlı açıqlayacağı rəqəmlər də neft qiymətlərində canlanmaya səbəb ola bilər