Neft qiymətlərində ucuzlaşma və səbəbləri

04 Aprel 2019

Beynəlxalq enerji birjalarında Amerikada neft ehtiyatlarının artması və istehsalın rekord səviyyəyə çatması, qiymətlərin 2% ucuzlaşmasına səbəb olub.

Neft qiymətlərində ucuzlaşma və səbəbləri

Enerji birjalarında neft qiymətləri ABŞ-ın neft ehtiyatlarının proqnozlaşdırılandan daha çox artması və neft istehsalının rekord səviyyəyə çatması xəbərləri ilə ucuzlaşmağa başlayıb. 


Amerika hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, keçən həftə ərzində ehtiyat 7.2 milyon barel artıb. Bu bazarlarda neftə olan tələbin azalmasına işarədir. Bununla yanaşı, ABŞ-ın günlük neft istehsalı 12.2 milyon barelə çatıb. Bu isə bazarlarda təklifin artmasını göstərir. 


Bundan öncə ABŞ ilə Çin arasında ticarət böhranının həll edilməsi istiqamətində müsbət xəbərlərin yayılması, neft qiymətlərinin bahalaşmasına səbəb olmuşdur. 


Avropanın Brent markalı neftinin bir barel qiyməti çərşənbə günü 68.77$-a kimi 1.7% ucuzlaşmışdı.