Neft və ABŞ sahillərində ilk tropik firtına təhlükəsi

11 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında çərşənbə günündən etibarən yayılan qasırğa xəbərlərinin neft qiymətlərinin bahalaşmasına təsir edəcəyi proqnozlaşdırılır.

Neft və ABŞ sahillərində ilk tropik firtına təhlükəsi

2019-cu ilin qasırğa mövsümünün tropik fırtınası Meksika körfəzindən ABŞ sahillərinə dorğu istiqamət alıb. Luiziana əyalətində və orada yerləşən ən iri şəhər və metropolitan sahəsi Nyu-Orleanda fövqəladə vəziyyət elan edilib. Bu haqda məlumatı çərşənbə günü Amerika mediyası verib. Nyu-Orlean artıq çərşənbə günü saatlarla davam edən yağış altında qalıb.


Beləliklə, Floridanın qərb sahilləri regionundan Texasa kimi güclü yağışlar və qasırğalar gözlənilir. Fırtınanın şənbə gününə kimi qərbi Luizianaya çatması və 1-ci dərəcələri qasırğaya yüksəlməsi gözlənilir. 


Qeyd etmək lazımdır ki, sözügedən ərazilər, xüsusilə Meksika körfəzi neft platformaları çox olan ərazilərdir.