Neftdə artım proqnozları haqqında

25 Fevral 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərində müşahidə edilən korreksiyadan sonra Brent neftinin 71$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Neftdə artım proqnozları haqqında

66.69 və 67.69 dollar qiymət aralığıda üfüqi dalğalanan Avropanın Brend (OILUK) markalı neftin qiymətində artım ehtimalları qüvvədədir. 


Qiymət 67.30 dollar həddinin üzərində möhkəmlənərsə, 67.69 həddinə qədər bahalaşa bilər. Sonuncu hədd qırılacağı təqdirdə isə növbəti hədəf kimi 71.17 dollar qiyməti çıxış edir. 


Eniş istiqamətli hərəkəti davam etdirməsi üçün OILUK aktivində qiymət 66.69 həddinin altında qalmağı bacarmalıdır. Yalnız bundan sonra 65.56 və 63.00 hədlərinə qədər enişlər mümkün ola bilər.