Neftdə proqnozlara təsir edə biləcək xəbər

20 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında neft qiymətlərinin bahalaşmasına müsbət təsir edə biləcək fundamental məlumatların açıqlanması gözlənilir.

Neftdə proqnozlara təsir edə biləcək xəbər

Dünya maliyyə bazarlarında bu həftə ərzində Avropanın Brent markalı nefti 66$ səviyyəsini keçərək son 3 ayın maksimumlarında qərarlaşıb. Qiymətin qalxmasına təsir edən səbəb  "OPEC" və Səudiyyə Ərəbəsitan tərəfindən neft hasilatını azaldacağına dair açıqlanan fikrilər olub.

 

Bu həftənin cümə axşamı saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəricilərin də qiymətə təsir etməsi gözlənilir.

 

Keçən həftə 3.633 milyon barel artımla açıqlanan göstəricinin, bu həftə 3.100 milyon barel azalma ilə  açıqlanması gözlənilir.

 

Proqnozlar özünü doğruldacağı təqdirdə neftin qiyməti 68$-a kimi bahalaşa bilər.