Neftdə ucuzlaşma, Brent 72$-ın altında

01 May 2019

Beynəlxalq enerji birjalarında Brent neftinin qiyməti çərşənbə axşamı 73$-a kimi bahalaşsa da yenidən ucuzlaşmağa başlayıb.

Neftdə ucuzlaşma, Brent 72$-ın altında

Dünya enerji birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Avropanın Brent neftinin qiyməti Amerika sessiyasında 2% ucuzlaşaraq, yenidən 72$-ın altında ticarət edilməkdədir. Buna səbəb isə ABŞ prezidentinin açıqlamaları olub. Donald Tramp Amerikanın digər neft istehsal edən ölkələri ilə hasilatın çox aşağı olması ilə bağlı həmfikir olduğunu bildirib. Bazar ertəsi Brent nefti 71$-a kimi ucuzlaşdıqdan sonra 73$-a kimi dəyər qazanmışdı. 


Neft ixrac edən ölkələr birliyinin (ing.: "OPEC") üzvü Venesuelada siyasi vəziyyət də yenidən pisləşib. Lakin bugünə kimi müxalifət ilə hökümət tərəfdarları arasında gərginliyin artması, neft qiymətlərində bahalaşmaya səbəb olmayıb.