Neftin qiymətlərində ucuzlaşma

29 Aprel 2019

Maliyyə bazarlarında neftin qiymətlərində cari tendensiya alış əməliyyatların reallaşdırılması ilə bağlı əlaqələndirilir.

Neftin qiymətlərində ucuzlaşma

Keçən həftənin cümə axşamı son aylarının maksimumlarını qət edən Brent markalı neftin qiymətləri 75,58 dollar səviyyəsini gördükdən sonra sürətlə zəifləməyə başladı.


Analitiklərin fikrincə maliyyə bazarlarında cari tendensiya alış əməliyyatların reallaşdırılması ilə bağlı əlaqələndirilir.


Amma güman edilir ki, bu qiymət enişləri ABŞ prezidenti Donald Tramp-ın jurnalistlər qarşısında çıxışından sonra baş verdi. Hansı ki, Tramp çıxışı zamanı vurğuladı ki, OPEK-ə zəng edib və neft qiymətlərini aşağı salmağı tələb edib.


Xatırladaq ki, Polşa, Almaniya və Çexiya “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin idxalını xlor tərkibli birləşmələrin yüksək konsentrasiyası nəticəsində pis keyfiyyətə əsaslanaraq dayandırıblar.


Baş nazir müavini Dmitri Kozak bu problemi Bazar ertəsi günü həll etməyə söz verdi. Onun sözlərinə görə, xlor tərəfindən pozulmuş neftin əhəmiyyətli bir hissəsi Rusiya Federasiyasının ərazisindəki borulardan çıxarılır.  29 aprel, bazar ertəsi günü təmiz, yüksək keyfiyyətli neft Belarus ilə sərhəddə olacaq.