"NFP" gözləntidən aşağı dərc edilməsinin təsiri

10 İyun 2019

EUR/USD maliyyə aləti üçün 1.1320 səviyyələri vacib hesab edilir ki, qiymətin bu səviyyənin üzərində ticarət olunması bahalaşma ehtimallarını gücləndirəcək.

"NFP" gözləntidən aşağı dərc edilməsinin təsiri

Keçən həftə Amerika Birləşmiş Ştatlarından açıqlanan İşsizlik səviyyəsi və "NFP" xəbəri  bazar iştirakçılarının diqqət məkrəzində idi. Belə ki, keçən ay 3.6% olaraq dərc olunan göstəricilərdə bu ay dəyişiklik olmadığı  halda (3.6%) NFP üçün keçən ay 263 min olaraq dərc olunan göstərici bu ay 75 min azalmayla dərc olunması ABŞ dollarını digər valyutalar qarşısında ucuzlaşmasına səbəb olmuşdur.


Bu xəbər fonunda EUR/USD maliyyə aləti 1.1347 həddlərinə kimi bahalaşdı.


Hazırda 1.1300-1.11310 həddlərində ticarət olunan maliyyə aləti üçün 1.1320 səviyyələri vacib hesab edilir ki, qiymətin qeyd edilən səviyyənin üzərində ticarət olunması bahalaşma ehtimallarını qüvvədə saxlayacaq.


Əks halda EUR/USD maliyyə alətinin qiymətinin yenidən 1.1260 səviyyələrini görməsinin şahidi ola bilərik.