"NFP" öncəsi dollar indeksi bahalaşmaqda

01 Fevral 2019

Beynəlxalq valyuta birjalarında investorların diqqətləri bu gün açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlardadır.

"NFP" öncəsi dollar indeksi bahalaşmaqda

Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan qeyri-kənd təsərrüfatında yaradılan yeni iş yerlərinin statistik göstəricisi dərc olunacaq (ing.: “NFP”).


162 min yeni iş yerlərinin yaradılması proqnoz olunur ki, bu da ötən dərc olunandan göstəricidən aşağı gözləntidir.


Dollar indeksi (DXY) 2019-cu ilin əvvəlindən təzyiq altında qalmaqda davam edir. “NFP” göstəricisinin gözləntidən aşağı dərc olunması isə dollar indeksini (DXY) 94.75, 94.00 səviyyələrinədək ucuzlaşdıra bilər.


Alternativ olaraq: Göstərici gözlənilənin üzərində dərc olunarsa, dollar indeksinin (DXY) 96.20 həddinədək bahalaşa biləcəyi proqnozlaşdırılır.