“NFP” öncəsi valyuta birjalarında vəziyyət

01 İyun 2018

ABŞ-dan açıqlanacaq məşğulluq və əmək haqlarında dəyişikliklə bağlı önəmli fundamental məlumatlar, valyuta birjalarında güclü volatilliyiə səbəb ola bilər.

“NFP” öncəsi valyuta birjalarında vəziyyət

Dünya valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftənin minimum səviyyələrində ticarət edilməkdədir. Belə ki, EUR/USD məzənnəsi 1.17-1.16$, GBP/USD məzənnəsi isə 1.32-1.33$ aralığında dalğalanır.


Aprel ayında əmək bazarında ümumi mənzərənin zəiflədiyi müşahidə edilirdi. May ayı üzrə göstəricilərdə də güclü dəyişiklik gözlənilmir. Belə ki, may ayında məşğulların sayında  188 min nəfər artım proqnozlaşdırılır. Təcrübə göstərir ki, məhz 200 min nəfər üzərində açıqlanan göstərici güclü hesab edilir.


Beləliklə, məşğulların sayında artım 200 min nəfərin altında açıqlanarsa, bu, foreks bazarlarında dolların 1%-ə kimi ucuzlaşmasına təsir edə bilər.