"NFP" sonrası EUR/USD

07 İyun 2019

EUR/USD məzənnəsi bu gün ABŞ-dan açıqlanan NFP göstəricisinin ardından sürətlə bahalaşmağa başlayıb.

"NFP" sonrası EUR/USD

EUR/USD məzənnəsi bu gün Bakı vaxtı ilə 16:30 da ABŞ-dan açıqlanan "NFP" (qeyri-kend təsərrüfatı sahəsində yeni açılan iş yerlərinin sayı) göstəricisinin ardından sürətlə bahalaşmağa başlayıb.


Analitiklərin gözləntisinin 185 min olmasına baxmayaraq göstərici 75 min olaraq açıqlanıb. Yeni açılan iş yerlərinin sayının gözləntinin çox altında açıqlanması valyuta bazarında dolların sürətli ucuzlaşmasına səbəb olub. Belə ki, EUR/USD məzənnəsi qısa zamanda 1.1270 həddindən 1.1318 həddinə kimi bahalaşəb. 


Artımın 1.1323 üzərində möhkəmlənməsi 1.13930 səviyyəsinə kimi bahalaşma ehtimallarını gücləndirəcək.


1.1323 səviyyəsində artımın zəifləməsi isə 1.1263 həddinədək  korreksiya ilə nəticələnə bilər.