"NFP" və USD/JPY məzənnəsi diqqət mərkəzində

03 Aprel 2019

Dünya birjalarında böyük maraqla gözlənilən ABŞ-ın əmək bazarı ilə bağlı fundamental göstəricilərin Dollar/Yen məzənnəsinə təsir edəcəyi gözlənilir.

"NFP" və USD/JPY məzənnəsi diqqət mərkəzində

Dünya maliyyə bazarlarında ötən həftə USD/JPY maiyyə aləti üzrə 1%-lik  artım müşahidə olunmuşdur. Həftənin əvvəli olmasına baxmayaraq, artım tendensiyası özünü qoruyub saxlayır.

 

Həftə ərzində ABŞ-dan dərc olunacaq vacib xəbərlərin başında gələn "NFP" və işsizlik səviyyəsi ilə bağlı göstəricilər də  USD/JPY maliyyə alətində çalışan treyderlərin diqqət mərkəzindədir.

 

Əksər analitiklər qiymətin 111.50 həddini keçəcəyi halda yeni bir artım dalğasının başlayacağını ehtimal edirlər.