"Nord Stream 2": Almaniya ABŞ-dan narahatdır

07 Avqust 2019

Almaniya iqtisadiyyatı Rusiyadan Almaniyaya qaz nəqlini təmin edən "Nord Stream 2" boru kəməri layihəsi fonunda ABŞ-ın sanksiya təklifindən narahatdır.

"Nord Stream 2": Almaniya ABŞ-dan narahatdır

Almaniya iqtisadiyyatı Rusiyadan Almaniyaya qaz nəqlini təmin edən "Nord Stream 2" boru kəməri layihəsi fonunda ABŞ-dan gələcək sanksiyalardan narahatdır. Almaniya iqtisadiyyatının şərqi Avropa birliyinin şərq komitəsinin sədri Volfqanq Büşele bildirir ki, ABŞ-ın sanksiya təhdidi Almaniya, Fransa, İtaliya, Hollandiya, İsveçrə və Avstriyaya zərər verməklə, Avropanın enerji siyasətini də Amerikanın oyuncağına çevirəcəkdir. 

"Son nəticədə isə Amerika ilə AB-nin parçalanması iki tərəfə də ziyan verəcəkdir. Bu səbəbdən də Amerikada avropa şirkətlərinə qarşı sanksiyaları pisləyənlərə və sıx antlantik əməkdaşlığa çağıranlara dəstək olmaq lazımdır", deyə Büşelə əlavə edir. 

Amerikanın "Nord Stream 2" layihəsinə görə sanksiya qanunu artıq əsas maneəni keçib. Belə ki, parlamentin aşağı palatası qanun layihəsini qəbul edib. Növbəti mərhələdə isə Senat və yuxarı palata da qanunu qəbul etməli, sonra da prezident Donald Tramp onu imzalamalıdır. 

Avropada bütün imkanlardan istifadə etməyin tərəfdarı olan Büşele, Avropanın öz enerji siyasətində də müstəqil olmalı olduğunu vurğulayır. 

Almaniyanın vasitəçiliyi ilə sentyabr ayında AB, Rusiya və Ukrayna arasında yeni transit sazişi ilə bağlı növbəti danışıqlar başlayacaqdır. Almaniya höküməti uzun müddətdir Ukraynadan da qaz transitinin keçməsinə çalışır və Amerikanın sanksiya qərarı isə danışıqlara çox yük olacaqdır.