Northem Data ilə bazar böyüyür

22 Aprel 2020

Beynəlxalq kriptovalyuta bazarında hesablama mərkəzlərinin sayı artdıqca, həm rəqabət güclənir, həm də kriptovalyutalara olan tələb artır.

Northem Data ilə bazar böyüyür

Almaniyanın "Northem Data AG" şirkəti Amerikanın Texas şəhərində yeni böyük hesablama mərkəzi tikməkdədir və ilin sonunda hazır olacaqdır. Bununla da şirkət mayninq sektorunda Bitkoin və Laytkoin kimi digər kriptovalyutaların yaranmasında böyük, xüsusilə də uzaq şərqi Asiya, Çindən olan şirkətlərlə rəqabətə daxil olmuş olacaqdır. Yeni mərkəz ilə almanlar 1 qiqavatlıq hesablama gücünə nail olmağa çalışırlar. 

Qeyd etmək lazımdır ki, kriptovalyuta bazarında hesablama və mayninq xidmətlərini verən şirkətlərin sayı və iş əmsalı artıqca, sahəyə olan maraq və investisiyalar da artır. Bu, Bitkoin kimi kriptovalyutaların bahalaşmasına da müsbət təsir edə bilər.