Norveç neft tankerinə hücum olunub

13 İyun 2019

Beynəlxalq enerji birjalarında Oman körfəzində neft tankerinə qarşı olan hücum haqqında xəbər treyderlərin diqqət mərkəzində.

Norveç neft tankerinə hücum olunub

Norveç dənizçilik idarəsi neft tankeri "Front Altair"-ə qarşı Oman körfəzində hücum olunmasını təsdiq edib. 


Cümə axşamı idarənin verdiyi məlumata əsasən, Marşal adalarının bayrağı altında üzən gəmi səhər saatlarında Birləşmiş ərəb əmirliyi ilə İran arası dəniz sularında hücuma məruz qalıb. 


Məlumatda üç partlayışın olduğu və gəminin yandığı bildirilib.