Norveçin iqtisadi inkişaf göstəricisi və USD/NOK

08 Fevral 2019

Bu gün Norveçdən açıqlanacaq ÜDM ilə bağlı önəmli fundamental məlumatların Dollar/Kron məzənnəsinə öz təsirini göstərəcəyi gözlənilir.

Norveçin iqtisadi inkişaf göstəricisi və USD/NOK

Bu gün Bakı vaxtı ilə saat 11:00-da Norveçdən rüblük ÜDM-də dəyişikliklə bağlı açıqlama olacaq. 


ÜDM ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir və iqtisadiyyatın inkişaf səviyyəsini göstərir. Keçən ilin III rübündə 0.6%-lik bir artım olmuşdu. IV rüb üçün də 0.6%-lik artım gözlənilir. 


ÜDM 0.6% və ya üzərində açıqlanarsa, USD/NOK cütlüyü üzrə qiymət 8.50 krona kimi ucuzlaşa, gözləntinin 0.6%-in altında açıqlanacağı halda isə qiymətin yenidən artım trendinə - 8.82 kronuna kimi davam edə biləcəyi proqnozlaşdırılır.