Novak: Ətrafda qara qu quşları uçur

03 Oktyabr 2019

Beynəlxalq enerji birjalarında Rusiyalı Energetika nazirinin neft qiymətlərinə dair təhlili treyderlərin diqqət mərkəzindədir.

Novak: Ətrafda qara qu quşları uçur

Rusiyanın Energetika naziri Aleksandr Novak Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda çərşənbə axşamı neft bazarında sabitliyin müşahidə edilmədiyini və vıziyyətin çətin olduğunu deyib. 

“Neft qiymətlərin 50-60 dollar aralığında stabil dalğalanmasını müşahidə etsək də, bazarda sabitlik yoxdur. Ətrafda qara qu quşlarının uçduğunu hiss edirik. Onlar proqnozlaşdırılan deyillər və bazara ciddi şəkildə təsir edə bilirlər", deyə Novak danışıb. 

Yay aylarında neftə olan tələbin artımı tendensiyası bu il ilk dəfə müşahidə edilməyib. Bu baxımında qış ayları üçün proqnozlar da çətinləşib. "Bütün bunlar bazarlara mənfi təsir etməkdədir", deyə rusiyalı nazır elavə edib. 

Qeyd etmək lazımdır ki, qara qu quşları mənfi nəticələrə səbəb olan gözlənilməz hadisələrlə əlaqələndirilir.