Novak: Neft qiymətlərinə müdaxilə müzakirə edilməyib

11 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin cari səviyyələrdə stabilləşməsinə dair açıqlamalar verilib.

Novak: Neft qiymətlərinə müdaxilə müzakirə edilməyib

Rusiyanın enerji naziri Aleksandr Novak neft qiymətlərinin dəyişdirilməsi üçün Səudiyyə Ərəbistanı ilə mümkün addımları müzakirə edilmədiyini bildirib. 

Lakin qiymətlərin səviyyələrinə dair müzakirələr olub və qiymətlər hal-hazırda bazarın tələb təklifinə uyğun foramalaşır. 

Qeyd etmək lazımdır ki, neft qiymətlərində sonuncu artım dalğası qorunmaqdadır. Bu, "API" xam neft ehtiyatlarının proqnozlaşdırılandan daha çox azalması göstəriciləri və "OPEC+"-un hasilat səviyyəsində azalmaya gedə biləcəyi ümidləri fonunda baş verir. 

Bu gün Bakı vaxtı ilə saat 18:30-da ABŞ-dan açıqlanacaq önəmli neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.