Novak: Rusiya, Polşa, Ukrayna və Belarus görüşəcək

26 Aprel 2019

Rusiyadan neft idxalının qarşısının alınması həlli istiqamətində Novak bu gün tərəflər arasında görüşün olacağını bildirib.

Novak: Rusiya, Polşa, Ukrayna və Belarus görüşəcək

Rusiyanın enerji naziri Aleksandr Novak ölkəsinin Ust-Luqa limanında neft yükləməkdə davam etdiyini bildirib. 


Rusiya, Polşa, Ukrayna və Belarusun cümə günü Minskdə toplanacaqlarını bildirən nazir, neft şirkətlərinin və "Trasneft"-in neftin keyfiyyətinə dair görüş planlaşdırdıqlarını əlavə edib. 


Bu açıqlama cümə axşamı mediada yayılan bəzi xəbərlərdən sonra verilib. Xəbərlərdə Polşa və Almaniyanın Rusiyadan neft idxalını zəif keyfiyyətə görə dayandırdıqları deyilir və Çexiyanın da alışları dayandırdığı əlavə edilib.