NZD/USD 0.6833$-a kimi də ucuzlaşa bilər

06 Fevral 2019

Beynəlxalq valyuta bazarlarında Amerikadan açıqlanacaq önəmli fundamental məlumatlar öncə NZD/USD məzənnəsində korreksiya başlayıb.

NZD/USD 0.6833$-a kimi də ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında keçən həftədən etibarən ucuzlaşan NZD/USD məzənnəsi, bu gün Asiya sessiyasında eniş dalğasını daha da sürətləndirib. 


Asiya sessiyasında Avstraliya dollarının ucuzlaşması fonunda dolların dəyər qazanması, özünü Yeni Zelandiya dollarında da göstərdi. Bu gün Yeni Zelandiyada iş günün olmaması, ölkə valyutasının dünya bazarlarının təsiri altında qala biləcəyi gözlənilir. 


Avropa sessiyasında "Buğalar" tərəfində 0.6844$-da qismən dəstək görən Yeni Zelandiya dolları, 0.6856$-da müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb. 


Təhlillərə əsasən, Yeni Zelandiya dollarının qiyməti gün ərzində 0.6844$-ı yenidən aşağı istiqamətdə qırarsa, 0.6833$-a kimi də ucuzlaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılamlıdır və cari korreksiya da xəbərlər öncəki treyderlərin ehtiyatlı mövqeyləri ilə əlaqələndirilir.