NZD/USD: Bahalaşma ehtimalları

09 May 2019

Son günlər müşahidə edilən ucuzlaşmanın bahalaşma trendi ilə əvəz oluna biləcəyinə təsir edə biləcək səbəblər diqqət mərkəzində.

NZD/USD: Bahalaşma ehtimalları

Maliyyə Bazarlarında sabah Yeni Zellandiya dolları ilə bağlı açıqlanacaq Kart ödənişləri üzrə pərakəndə satış indeksi ilə bağlı göstərici bazar iştirakçılarının diqqət mərkəzindədir. Belə ki, keçən ay -0.3% olaraq dərc olunan Kart ödənişləri üzrə pərakəndə satış indeksinin bu ay 0.8% artımla açıqlaması gözlənilir.


Proqnozlar özünü doğruldacağı təqdirdə NZD/USD maliyyə alətinin qiymətinin yenidən 0.6590-0.6595 səviyyələrinə kimi bahalaşmasına səbəb ola bilər.


Əks halda cütlüyün qiymətində eniş trendinin davam edəcəyini və qiymətin 0.6560-0.6550 səviyyələrinə kimi ucuşlaşacağını müşahidə edə bilərik.