NZD/USD: "Buğaların ehtiyatlı mövqeyi" haqqında

26 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Yeni Zelandiya dollarında alış əməliyyatları açan treyderlər yüksək volatilliyə hazır olmalıdırlar.

NZD/USD: "Buğaların ehtiyatlı mövqeyi" haqqında

Beynəlxalq valyuta birjalarında Yeni Zelandiya dolları keçən həftə 0.6757$-da güclü dəstək görərək bahalaşmasına baxmayaraq, bunun tez bir zamanda önəmli müqavimət səviyyələrinin qırılması ilə nəticələnəcəyi proqnozarı zəif olaraq qalır. 


Təhlillərə əsasən, 0.6876$-a ticarət edilən NZD/USD məzənnəsi, 0.6900$-ı yuxarı istiqamətdə qırarsa, 0.6931$-a kimi bahalaşa bilər. 


Lakin foreks bazarlarında hal-hazırda alış mövqeyini müdafiə edən treyderlər, 0.6969$-ın yuxarı istiqamətdə qırılmayacağı təqdirdə, bahalaşma prosesinin müəyyən riskli volatilliklə müşaiyət ediləcəyini də yaxşı bilirlər.