NZD/USD: Korreksiya alış imkanları yaradır

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında NZD/USD məzənnəsində müşahidə edilən korreksiya, "Buğalar" üçün 80-90 punktluq əlavə imkan yaradıb.

NZD/USD: Korreksiya alış imkanları yaradır

Yeni Zelandiya dolları Avropa sessiyasında 0.6744$-a kimi ucuzlaşdıqdan sonra son günlərin sürətli eniş dalğası fonunda korreksiyaya başlayıb. 0.6763$-a kimi müşahidə edilən bahalaşma texniki səbəblərlə əlaqələdirilir. 


Dolların aparıcı valyutalara nisbətən qiymətlərində son bir həftə ərzində müşahidə edilən 1.7%-lik bahalaşmadan sonra treyderlər gəlirlərini reallaşdırmağa başlaya bilər. Bununla yanaşı, dolların qiymətlərində bahalaşma ciddi müqavimət səviyyələrinə yaxınlaşıb. Bu da treyderlər üçün bazardan çıxmaq üçün əlavə ehtiyat səbəbi ola bilər. 


Təhlillərə əsasən, NZD/USD məzənnəsi günün dəstək səviyyəsi (0.6744$) üzərində qaldıqca, 0.6771 və 0.6781$-a kimi korreksiya edə bilər.