NZD/USD maliyyə alətində ucuzlaşma ehtimalları

08 May 2019

Beynəlxalq valyuta birjalarında Yeni Zelandiya mərkəzi bankının uçot faizini azaltması, ölkə valyutasının ucuzlaşmasına təsir etməsi diqqət mərkəzində.

NZD/USD maliyyə alətində ucuzlaşma ehtimalları

Dünya maliyyə bazarlarında bu gün Yeni Zellandiya Mərkəzi Bankı tərəfindən açıqlanan faiz dərəcəsiylə bağlı göstərici gözlənildiyi kimi  1.50 % azalmayla dərc olundu. Yeni Zellandiya Mərkəzi Bankının uçot faiz dərəcəsini aşağı salması NZD/USD maliyyə alətinin qısa müddətdə 0.6525 səviyyələrini görməsinə səbəb oldu.

 

Hazırda 0.6590- 0.6595 hədlərində ticarət olunan NZD/USD maliyyə aləti üçün 0.6580 səviyyəsi vacib hesab edilir. Belə ki, qiymətin 0.6580-0.6585 səviyyələrinin altında möhkəmlənməsi maliyyə alətində satış ehtimallarını gücləndirir.


Əks halda maliyyə alətinin qiymətinin yenidən 0.6620-0.6640 səviyyələrinə kimi bahalaşmasının şahidi ola bilərik.