NZD/USD məzənnəsi 0.6557$-a kimi ucuzlaşa bilər

24 Aprel 2019

Beynəlxalq valyuta birjalarında Avstraliya dollarının ucuzlaşması ilə yanaşı Yeni Zelandiya dollarının da ucuzlaşması "Ayıların" diqqət mərkəzində.

NZD/USD məzənnəsi 0.6557$-a kimi ucuzlaşa bilər

Asiya bazarlarında Avstraliya dolları ilə yanaşı Yeni Zelandiya dolları da ucuzlaşmağa başlayıb. Maliyyə bazarlarında çərşənbə axşamının dəstək səviyyəsinin aşağı istiqamətdə qırılması, eniş dalğasının 0.6557$-a kimi də davam edəcəyi proqnozlarını artırıb. 


Təhlillərə əsasən, NZD/USD məzənnəsi 0.6658$-ın altında qaldıqca, 0.6557$-a kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, Avstraliyada inflyasiyanın birinci rübdə 1.3%-ə kimi azalması, Avstraliya dollarının ucuzlaşmasına təsir etmişdir. Eyni regionda iqtisadi aktivliyin azalması, bütün ölkələrə də mənfi təsir edir.