NZD/USD məzənnəsi səhər saatlarında kəskin bahalaşıb

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Yeni Zelandiya dolları 0.6851$-a kimi 2% bahalaşıb və 0.6938$-a kimi də bahalaşa bilər.

NZD/USD məzənnəsi səhər saatlarında kəskin bahalaşıb

Bu gün Bakı vaxtı saat 05:00-da Yeni Zelandiya Mərkəzi bankı uçot faiz dərəcəsini dəyişməsə də NZD/USD valyuta cütlüyündə güclü artım müşahidə olundu. 


Texniki olaraq qiymət lokal 0.67707$ və 0.68216$ müqavimət həddlərini qırıb. Qiymət 0.68216$ həddinin üzərində qaldıqca, 0.69379$ səviyyəsinədək bahalaşması proqnoz olunur.