NZD/USD məzənnəsi təsir altında və sürətlə ucuzlaşır

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Asiya sessiyasında müşahidə edilə tendensiya özünü NZD/USD məzənnəsinin ucuzlaşması ilə göstərməkdədir.

NZD/USD məzənnəsi təsir altında və sürətlə ucuzlaşır

Beynəlxalq valyuta birjalarında keçən həftədən etibarən ucuzlaşan NZD/USD məzənnəsi, bu gün Asiya sessiyasında eniş dalğasını daha da sürətləndirib. Asiya sessiyasında Avstraliya dollarının ucuzlaşması fonunda dolların dəyər qazanması, özünü Yeni Zelandiya dollarında da göstərməkdədir. Bu gün Yeni Zelandiyada iş günün olmaması, ölkə valyutasının dünya bazarlarının təsiri altında qala biləcəyi gözlənilir. 


Təhlillərə əsasən, 0.6861$-ın altında qalan Yeni Zelandiya dolları/ABŞ dolları valyuta cütlüyünün qiyməti, 0.6833$-a kimi də ucuzlaşa bilər.