NZD/USD məzənnəsi üzrə satış həcmlərində artım

21 Fevral 2019

Beynəlxalq valyuta birjalarında Yeni Zelandiya dollarında ucuzlaşma dinamikası getdikcə artmaqdadır və 0.67$-a kimi ucuzlaşa bilər.

NZD/USD məzənnəsi üzrə satış həcmlərində artım

Beynəlxalq valyuta birjalarında NZD/USD məzənnəsində Asiya sessiyasında başlayan ucuzlaşma, 0.68$-a kimi daha da sürətlənib. 


Qiymətin uzun müddətli perspektivdə təhlillərinə əsasən, yanvar ayında Yeni Zelandiya dollarının bahalaşmasına baxmayaraq, güclü müqavimət sayəsində keçən ilin dördüncü rübünün maksimumunun (0.70$) qırılmaması və ucuzlaşmağa başlaması, satış əməliyyatlarının həcmini artımışdır. 


Daha qısa müddətli perspektivdə isə qiymətin cari həftə ərzində də 0.69$ səviyyəsində güclü müqavimətlə rastlaşması, satış həcmlərini daha da artırmışdır. 


Bu gün isə cari həftənin dəstək səviyyəsinin (0.68$) qırılması isə eniş dalğasının dərin ola biləcəyinə işarədir. 


Təhlillərə əsasən, qiymət cari həftənin maksimum səviyyəsi (0.69$) səviyyəsi altında qaldıqca, 0.6785, 0.6755 və 0.6719$-a kimi ucuzlaşa bilər.