NZD/USD məzənnəsində 0.3%-lik bahalaşma proqnozları

08 Fevral 2019

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma, NZD/USD məzənnəsinin bahalaşmasına təsir etməkdə.

NZD/USD məzənnəsində 0.3%-lik bahalaşma proqnozları

NZD/USD məzənnəsi Asiya sessiyasında 0.6729$-dan dəstək alaraq, bahalaşmağa başlayıb. Cari bahalaşma Amerika sessiyasının müqavimət səviyyəsinin qırılması ilə nəticələnərsə, bahalaşmanın əlavə olaraq, 0.4% də davam edə biləcəyi proqnozlaşdırılır. 


Yeni Zelandiya dollarında müşahidə edilən bahalaşma, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması ilə əlaqələndirilir. Avrozona iqtisadiyyatında iqtisadi inkişaf dinamikasının zəifləyə biləcəyinə dair AB komissiyasının hesabatı və Ağ ev tərəfindən ABŞ ilə Çin arasında hökm sürən ticarət böhranın həll ediləcəyi ümidlərini azaldan açıqlamaların verilməsi, cümə axşamı Amerika fond bazarları ilə yanaşı, dolların da ucuzlaşmasına səbəb olub.


Təhlillərə əsasən, NZD/USD məzənnəsi günün dəstək səviyyəsi (0.6729$) üzərində qaldıqca, 0.6770$-a kimi bahalaşa bilər. Sözügedən səviyyənin üzərində möhkəmlənən qiymətin isə 0.6796$-a kimi bahalaşa biləcəyi proqnozları da güclü olaraq qalır.