NZD/USD məzənnəsində ucuzlaşma

20 Dekabr 2017

Son bir ay ərzində 4% bahalaşan NZD/USD məzənnəsi yenidən təzyiq altındadır və 1%-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

NZD/USD məzənnəsində ucuzlaşma

Foreks bazarlarında son bir ay ərzində 4%-ə kimi bahalaşan Yeni Zelandiya dolları, bu gün mənfi fundamental məlumatlardan sonra 0.6953$-a kimi ucuzlaşıb. 

Yeni Zelandiyanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, cari əməliyyatlar balansı üçüncü rübdə rüblük müqayisədə 4.68 milyard NZD azalıb, illik müqayisədə isə 7.1 milyard NZD. Bununla yanaşı, ixrac həcmi 4.63 milyard NZD-ə kimi artsa da, idxal da 5.82 milyard NZD-yə yüksəlib. Nəticədə xarici ticarət balansında da mənfi saldo noyabr ayında aylıq müqayisədə 1.19 milyon NZD, illik müqayisədə isə 3.44 milyon NZD-yə kimi artıb. 

Məlumatların açıqlanmasından sonra NZD/USD məzənnəsi 0.6985$-dan 0.6953$-a kimi dəyər itirib. Maliyyə bazarlarında qiymətin 0.6973$-ın altında qaldıqca, 0.6906$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.  

Qeyd etmək lazımdır ki, dövlət büdcəsində mənfi saldonun artması, ölkə valyutasına təzyiq edən əsas amillərdir.