NZD/USD məzənnəsi çərşənbə axşamı 0.6719$-da dəstək görərək, sürətli artım dalğasına başladıqdan sonra 0.6851$-da müqavimətlə rastlaşdıqdan sonra korreksiyaya başladı. Bu gün Yeni Zelandiya dollarında müşahidə edilən bahalaşmanın sözügedən müqavimətı qırmaq üzrə olduğunun şahidi oluruq.
Təhlillərə əsasən, NZD/USD məzənnəsi 0.6851/7$-ı qıraraq, üzərində möhkəmlənərsə, 0.6941$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın pərakəndə satış dövriyyəsi və istehsal qiymətləri indeksi ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.