NZD/USD: 0.6855$ müqaviməti qırılmaq üzrə

15 Fevral 2019

Foreks bazarlarında Yeni Zelandiya dollarının 0.6855$-ı qırması ilə artım dalğasını 0.6941$-a kimi sürətləndirə biləcəyi proqnozlaşdırılır.

NZD/USD: 0.6855$ müqaviməti qırılmaq üzrə

NZD/USD məzənnəsi bü gün Asiya sessiyasında 0.6809$-da dəstək görərək, bahalaşmağa başlayıb. Asiya sessiyasında Yeni Zelandiyadan açıqlanan biznes aktivliyi indeksinin (ing.: "PMI") zəif açıqlanması, məzənnənin ucuzlaşmasına səbəb olsa da yenidən bahalaşdığı müşahidə edilir. Bu gün Yeni Zelandiya dollarında müşahidə edilən bahalaşmanın həftənin önəmli müqavimət səviyyəsini qırmaq üzrə olduğunun şahidi oluruq. 


Təhlillərə əsasən, NZD/USD məzənnəsi 0.6855$-ı qıraraq, üzərində möhkəmlənərsə, 0.6874, 0.6905 və 0.6941$-a kimi də bahalaşa bilər.