NZD/USD yenidən dəyər itirir

25 Sentyabr 2019

Maliyyə bazarlarında gün ərzində ABŞ dolları qarşısında ucuzlaşan Yeni Zelandiya dolları 0.6280$ hədlərini gördü.

NZD/USD yenidən dəyər itirir

Hazırda 0.6285$ hədlərində ticarət olunan NZD/USD maliyyə aləti üçün 0.6250$ səviyyəsi vacib hesab edilir. Qiymətin bu səviyyənin altında  ticarət olunması, maliyyə aktivinin 0.6220$-a kimi ucuzlaşmasına səbəb ola bilər.

Əks halda, NZD/USD maliyyə cütlüyünün qiymətinin yenidən 0.6350 həddlərinə kimi bahalaşmasının şahidi ola bilərik.