"OECD" iqtisadi inkişaf gözləntilərini gücləndirib

13 Mart 2018

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı iqtisadi inkişaf proqnozlarını artırsa da, inkişafın qarşısını alan bəzi amillərə də toxunub.

"OECD" iqtisadi inkişaf gözləntilərini gücləndirib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing.: "OECD") dünya iqtisadiyyatının vəziyyətini daha güvənilən qiymətləndirib. Belə ki, "OECD"-nin çərşənbə axşamı verdiyi açıqlamaya əsasən, bu və gələn il 3.9%-lik inkişaf gözlənilir. Noyabr ayında isə bu göstəricilər müvafiq olaraq 3.7% və 3.6% idi. Xüsusilə də AB, və Cənubi Afrika üzrə proqnozlar daha çox artırılıb. 


Təşkilat proqnozların artımını ABŞ-da yeni vergi islahatı və dövlət xərclərinin artımı ilə əlaqələndirir. Belə ki, ABŞ-ın bu il 4.4% və 2019-ci ildə 4.6% inkişaf edəcəyi gözlənilir. ABŞ-da artan tələbat isə digər ölkələrdə iqtisadi canlanmanı da gücləndirə bilər. 


Bununla yanaşı, təşkilat dünya iqtisadiyyatında inkişafın Almaniyada dövlət xərclərinin artırılması ilə güclənəcəyi ehtimal edir. Mövcud vəziyyətdə yüksək investisiyalar, inkişaf edən qlobal ticarət və yüksək məşğulluq iqtisadiyyatların canlanmasına səbəb olur. 


Hesabatda daha çox güclənən proteksionizm fonunda da xəbərdarlıqlar edilib. "OECD" ABŞ-ın poladın idxalına qarşı tətbiq etdiyi yeni gömrük rüsumlarına toxunmadan, polad istehsalı ölkələrini qarşıdurmaya getməməyi və qlobal həll yolları tapmağı tələb edir. Dünya iqtisadiyyatnda böhranın qarşısını almaq üçün beynəlxalq ticarət sisteminin qaydalarına uyğun hərəkət etmək önəmlidir. 


Monetar siyasətlərin normallaşdırılması və protsiklik maliyyə siyasətinə qarşı addımların qarşısının alınması istiqamətində də işlər gücləndirilməlidir. Sonuncu punkta ilə bağlı onu da qeyd etmək lazımdır ki, ABŞ-da orta sürətdə iqtisadi inkişafın hökm sürməsinə baxmayaraq, vergilərin azaldılması və dövlət xərləcinin artırılması əksər iqtisadçılar tərəfindən şübhə ilə qarşılanır. Zəif artan məhsuldarlığın da gücləndirilməsi üçün təşkilat iqtisadi islahatların artırılmasını tövsiyyə edilir.