"OECD" qlobal inkişaf proqnozunu 3.3%-dən 3.2%-ə salıb

21 May 2019

Beynəlxalq təşkilat ölkələr üzrə isə proqnozlarını ABŞ, Avrozona və Böyük Britaniya üzrə yüksəldib, Çin üzrə saxlayıb və Yaponiya üzrə isə aşağı salıb.

"OECD" qlobal inkişaf proqnozunu 3.3%-dən 3.2%-ə salıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing.: "OECD") çərşənbə axşamı açıqladığı hesabatında dünya iqtisadiyyatı üzrə 2019-cu il proqnozunu 3.3%-dən 3.2%-ə salıb. 


2020-ci il üzrə inkişaf proqnozu 3.4% səviyyəsində saxlanılıb;


Qlobal inkişaf ticarət böhranları fonunda orta göstəricilərin altında qalacaq;


ABŞ iqtisadiyyatında 2019-cu il üzrə inkişaf proqnozları 2.8%-ə kimi 0.2%, 2020-ci il üzrə isə 2.3%-ə kimi 0.1% yüksəldilib;


Çin iqtisadiyyatında inkişaf 2019 və 2020-ci illərdə 6.2% olacaq;


Avrozona üzrə inkişaf proqnozları 2019-cu ildə 1.2%-ə 0.2%, 2020-ci ildə 1.4%-ə kimi 0.2% yüksəldilib;


Yaponiya iqtisadiyyatı üzrə proqnozlar 2019-cu ildə 0.7%-ə kimi 0.1%, 2020-ci ildə isə 0.6%-ə kimi 0.1% azaldılıb;


Böyük Britaniya iqtisadiyyatı üzrə inkişaf proqnozları da 2019-ci ildə 1.2%-ə kimi 0.4%, 2020-ci ildə isə 1.0%-ə kimi 0.1%-ə kimi yüksəldilib.