OİLUK üçün 69.30$ vacib səviyyələr hesab edilir

27 May 2019

Tehran Fars körfəzi ölkələrinə Yaxın Şərqdəki proseslər fonunda bir-birinə hücum etməmək barədə saziş imzalamağı təklif edəcək.

OİLUK üçün 69.30$ vacib səviyyələr hesab edilir

"RİA Novosti" xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iraqlı həmkarı Məhəmməd Əli əl-Hakimlə görüşdə bəyan edib. 


Bu xəbər fonunda Enerji bazarlarında yaranmış hərəkətlilik Avropanın Brent markalı neftinin qiymətinə də təsir etməkdədir.


Hazırda 68.90 $ - 69.10 $ səviyyələrində ticarət olunan OİLUK maliyyə aləti üçün 69.30 $səviyyələri vacib səviyyələr hesab edilir ki, qiymətin bu həddlərin yuxarısında ticarət olunması bahalaşma ehtimallarını daha da artıra bilər.