"OPEC+" 2018-ci ilin sonuna kimi davam edəcək

01 Dekabr 2017

Enerji bazarlarında son aylar ərzində neft qiymətlərinin bahalaşması fonunda mütəxəssislər xəbərdarlıq etsələr də, "OPEC" siyasətinə davam edir.

"OPEC+" 2018-ci ilin sonuna kimi davam edəcək

Neft Ixrac Edən Ölkələr Birliyi ("OPEC") neft bazarına müdaxiləsini 2018-ci ilin sonuna kimi davam etdirəcək. Enerji bazarlarında son aylar ərzində neft qiymətlərinin bahalaşması fonunda mütəxəssislər xəbərdarlıq etsələr də, "OPEC" siyasətinə davam edir. 

Cümə axşamı Vyanada baş tutan "OPEC"-in 173-cü rəsmi toplantısında "OPEC+" razılaşmasının bir illik yubileyi keçirildi. Belə ki, "OPEC"-ə üzv olan dövlətlərlə, Rusiyanın da daxil olduğu on əlavə ölkə bir il bundan qabaq yaratdıqları alyansın "ad gününü" qeyd ediblər. Alyans 2016-ci ilin dekabr ayında istehsal səviyyəsinin azaldılmasını razılaşdırmışdı və cümə axşamı də "OPEC+"-un gələn il ikinci "ad gününü" keçirəcəyi razılaşdırıldı: Alyans istehsal səviyyəsinin azaldılması razılaşmasının müddətini 2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayına kimi uzatdı. 

Razılaşmaya əsasən, iştirakçılar neft bazarının günlük dövriyyəsini 1.8 milyon barel azaldırlar - təklifin təqribən 2%-ini. Bununla da neft bazarının dayanıqlığı təminat altına alınır, xüsusilə də yüksək olan ehtiyat həcmləri də son beş ilin orta səviyyəsinə kimi azaldılması planlaşdırılır. Ümumilikdə "OPEC+" ölkələri dünya təklifinin yarısından qismən az istehsal edirlər.

Qeyd etmək lazımdır ki, ötən il noyabrın 30-da "OPEC" üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada "OPEC" üzvləri ilə birliyə daxil olmayan 10 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il, may ayının 25-də "OPEC" Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılması sazişi müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Bununla yanaşı, hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb. 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiymətində isə güclü dalğalanma müşahidə edilməyib və qiymət 63$ ətrafında ticarət edilməkdədir.