"OPEC": “2020-ci il neft üçün daha parlaq olacaq”

05 Noyabr 2019

"OPEC"-in baş katibi Məhəmməd Barkindo enerji birjalarında mənzərənin daha parlaq göründüyünün açıqlayıb.

"OPEC": “2020-ci il neft üçün daha parlaq olacaq”

"OPEC"-in baş katibi Məhəmməd Barkindo neft bazarı ilə bağlı 2020-ci il perspektivinin iqtisadi böyümənin qorunması ilə daha parlaq olduğunu söylədi. Bu da "OPEC"-də hasilatın azaldılması məqsədilə artan təzyiqləri aradan qalxacağı siqnalı kimi qəbul edilə bilər. 

Vyanadakı çıxışında “Mənzərə daha parlaq görünür” - deyən Barkindo, - “Hazırda neft ili birjaları təəccübləndirəcək dərəcədə yüksək qiymətlərdə bağlamaq potensialı var” - deyə bildirdi. 

"OPEC" və təşkilətla birgə hərəkət edən ölkələr ABŞ-ın neft hasilatını artırmasından qaynaqlanan təklif çoxluğu riskinə qarşı neft hasilatını azaltmışdı. "OPEC" gələn  ayın əvvəlində bir araya gələrək önümüzdəki il üçün strateji dəyərləndirmə aparacaq.