"OPEC+" hasilat limitini 9 ay uzadacaq

02 İyul 2019

Beynəlxalq enerji birjalarında "OPEC+" ölkələrinin bu gün razılaşacaqları ümumi qərar neft qiymətlərinin bahalaşmasına təsir edə biləcəkdir.

"OPEC+" hasilat limitini 9 ay uzadacaq

Neft ixrac edən ölkələr birliyi (ing.: "OPEC") və əməkdaşlıq edən Rusiya kimi digər dövlətlər hasilat səviyyələrini məhdudlaşdırmaqda davam edəcəklər. Venesuelanın neft naziri Manuel Salvador Qevedo Fernandez bazar günü verdiyi açıqlamasında, 14 "OPEC" ölkələrinin mövcud olan hasilat limitinin əlavə olaraq doqquz ay uzadılması qərarını alıblar. 


Bu gün isə "OPEC" onunla əməkdaşlıq edən 10 neft ölkəsinə ("OPEC+") strategiyaya qoşulmalarını təklif edəcək. 


Qeyd etmək lazımdır ki, bu gün baş tutacaq "OPEC+" ölkələrinin toplantısında ümumi razılığın əldə olunacağı dəqiqdir. Dünya enerji bazarında önəmli iki ölkə, Səudiyyə Ərəbistanı və Rusiya həftə sonu G20 zirvə toplantısında razılaşdıqlarını artıq açıqlamışdılar.