"OPEC": Hasilat səviyyəsini artırmayacağıq

24 Sentyabr 2018

Bazar günü "OPEC+" ölkələrinin toölantısından sonra verilən ümumi bəyanat dünya birjalarında neft qiymətlərinin 2% dəyər qazanmasına səbəb olub.

"OPEC": Hasilat səviyyəsini artırmayacağıq

Cümə axşamı ABŞ prezidenti Donald Tramp Tvitterdə (ing.: "Twitter") Neft İxrac Edən Ölkələr Birliyindən (ing.: "OPEC") neft qiymətlərini ucuzlaşdırmağı tələb edib. Birlik isə tələbləri geri çevirib. 


Amerika prezidentinin neft qiymətlərinin ucuzlaşdırıması çağırışına baxmayaraq, neft ixrac edən ölkələr əks tədbirlərin görülməsi qərarınə verib. Belə ki, bazar günü Əlcəzairdə baş tutan toplantıda Səudiyyə Ərəbistanının enerji naziri Xalid al-Falih bildirib ki, qiymətlərə təsir etməyəcəkdir. 


Beləliklə, Əlcəzair şəhərində baş tutan görüşdə "OPEC" və təşkilata üzv olmayan ölkələr müştərək olaraq, "tələb ilə təklif arasında sağlam tarazlığın" qorunduğu bəyanatını veriblər. Hasilat səviyyəsinin artırılması isə təklifin artması ilə qiymətlərin düşməsinə səbəb ola bilər. 


Verilən bəyanatdan sonda dünya enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən 80$-a kimi 2% dəyər qazanıb.