"OPEC"-in toplantısı diqqət mərkəzində

30 Noyabr 2017

"OPEC+" razılaşmasının müddəti uzadılarsa, bu, neft qiymətlərinin bahalaşmasına təsir edə bilər.

"OPEC"-in toplantısı diqqət mərkəzində

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18 - 1.19$, USD/TRY məzənnəsi isə  3.95 - 3.97TL aralığında ticarət edilir, funt sterlinqin qiyməti isə 1.34$-dan çox bahalaşıb. Lakin maliyyə bazarlarında avronun 1.17$ və Türk lirəsinin 3.98TL-ə kimi ucuzlaşa biləcəyi, funt sterlinqdə bahalaşmanın isə zəifləyəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da Türkiyədən xarici ticarət dövriyyəsi və saat 14:00-da Avrozonadan işsizlik və inflyasiya ilə bağlı, məzənnələrə güclü təsir edə biləcək önəmli fundamental göstəricilər açıqlanacaqdır.

Enerji bazarlarında isə neft qiymətləri, bu gün Vyanada baş tutacaq Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) 173-cü toplantısı öncəsi, 64$-a kimi bahalaşdıqdan sonra 62$-a kimi ucuzlaşıb. Lakin təhlillərə əsasən, qiymət gün ərzində yenidən 63$-a kimi dəyər qazanarsa, 65$-a kimi də bahalaşa bilər.