"OPEC+": Neft hasilat limiti sazişinin müddəti uzadıldı

02 İyul 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin bahalaşmasına təsir edə biləcək qərar bu gün "OPEC+" tərəfindən razılaşdırıldı.

"OPEC+": Neft hasilat limiti sazişinin müddəti uzadıldı

Neft ixrac edən ölkələr birliyi (ing.: "OPEC") və digər on neft ölkəsi (ing.: "OPEC+") hasilat səviyyəsinin məhdudlaşdırılması sazişinin müddətinin doqquz ay uzadılması qərarını veriblər. 


Bu haqda Venesuelanın neft naziri Manuel Salvador Qevedo Fernandez çərşənbə axşamı Vyanada danışarkən məlumat verib. 


Beləliklə, enerji birjalarında neft və benzin qiymətlərinin bahalaşması proqnozlaşdırılır.