“OPEC+” ölkələrinin toplantısı diqqət mərkəzində

06 Dekabr 2018

Bu gün və sabah beynəlxalq maliyyə bazarlarında neft qiymətlərinin gələcək taleyinə dair veriləcək bəyanatlar investorların diqqət mərkəzində olacaqdır.

“OPEC+” ölkələrinin toplantısı diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.13$ ətrafında dalğalanmaqda davam edir. Təhlillər isə onu göstərir ki, qiymətin 1.12$-a kimi ucuzlaşması proqnozları daha güclüdür.


Türkiyə maliyyə bazarlarında isə dolların qiyməti 5.40TL-yə ticarət edilməkdədir və bu səviyyənin üzərində qalarsa, 5.44 və 5.53TL-yə kimi də bahalaşa bilər.


Bu gün və cümə günü baş tutacaq “OPEC” ölkələrinin 175-ci rəsmi toplantısı öncəsi Avropanın Brent markalı neftinin bir barel qiyməti 61-62$ aralığında ticarət edilməkdədir. “OPEC+” ölkələrinin neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq üçün hasilat səviyyəsini azaltmağı planlaşdırırlar. Bu baş verərsə, Brent nefti 65 və 68$-a kimi də dəyər qazana bilər.