"OPEC" təklif proqnozunu azaltdı, Neft bahalaşdı

10 Oktyabr 2019

Beynəlxalq enerji birjalarında Avropanın Brent markalı neftinin bahalaşmasına səbəb bazara çıxarılan neftin azalması proqnozları ilə əlaqədardır.

"OPEC" təklif proqnozunu azaltdı, Neft bahalaşdı

Enerji birjalarında neft qiymətləri cümə axşamı bahalaşıb. Buna səbəb isə Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: "OPEC") qlobal neft bazarında təklifə dair proqnozlarını aşağı salmasıdır. Belə ki, "OPEC" üzvü olmayan ölkələrin təklifi əvvəlki göstəricilərlə müqayisədə daha az artacaqdır. Bununla yanaşı, gələn il üzrə tələb proqnozlar da açıqlanıb.

"OPEC" günlük qlobal neft tələbinin 2019-ci ildə 980 000, 2020-ci ildə isə 1.08 barel olacağını proqnozlaşdırır.

"OPEC" üzvü olmayan ölkələrin neft təklifinin 2.20 milyon barel artacaqdır ki, bu göstərici sentyabrda 2.25 milyon barel idi. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti cümə axşamı 59$-a kimi 2%-dən çox bahalaşıb.